İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) daşınma və realizasiya şöbəsinin rəisi tikinti obyektlərinə, təsdiq edilmiş normalara uyğun, materialların buraxılmasına, seçmə üsulla nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda istehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) daşınma və realizasiya şöbəsinin rəisi normadan artıq və satılmayan material və məlumatları aşkar edir, onların müəyyən edilmiş qaydada realizasiyası üçün müvafiq sənədləri hazırlayır. Kollektiv və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir.
İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) daşınma və realizasiya şöbəsinin rəisi İTKİ-nin və şöbənin fəaliyyətinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri, maddi-texniki təminat üzrə texniki sənədləri, maddi-texniki təminatın, cari-və perspektiv planlarının istehsalat ehtiyatlarının normativlərinin tərtib olunma qaydalarını, standartları, texniki şərtləri, topdan satış qiymətlərin preyskurantlarını, istifadə edilən materialların nomenklaturasını bilməlidir.