Kranaltı yolların qurulması və istismar sahəsinin mexaniki kranaltı (rels) yollarının qurulması və istismarı üzrə işlərin vaxtlı-vaxtında və keyfiyyətlə icrasını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda kranaltı yolların qurulması və istismar sahəsinin mexaniki ona təhkim edilmiş, ixtisaslaşdırılmış briqadalardan ibarət kollektivə rəhbərlik edir, obyektdə işlərin istehsal prosesində onların yerdəyişməsinə nəzarət edir. Kranaltı yolların qurulması üzrə sahə rəisinin müəyyən etdiyi tapşırıqların icrasını, layihələrə, tikinti norma və qaydalarına və texniki şərtlərə riayət etməklə təşkil edir. Tikinti obyektlərində inşaat maşın və mexanizmlərinin quraşdırılması üzrə qrafiklərin tərtib edilməsində iştirak edir. Sahədə istifadə edilən inşaat maşın və mexanizmlərinin əsaslı təmiri üzrə qrafik tərtib edir və əsaslı təmirdən sonra onları qəbul edir. İcra sənədlərinin, yerinə yetirilmiş iş həcmlərinin, inşaat, maşın və mexanizmlərinin işləmə vaxtının uçotunu aparır, habelə sahə mexanizmlərindən istifadə edilməsinə gündəlik nəzarət edir. Sahə üçün verilən naryad üzrə maşın və mexanizm hazırlayan zavodlardan daxil olan yeni texnikanı qəbul və komplektləşdirir.