Tikinti, şirkət, konsern, birlik (və ya onlara bərabər tutulan müəssisələrin) aparatında məlumat (informasiya) və xarici əlaqələr şöbəsinin rəisi müəssisənin bölmələrinin və ayrı-ayrı mütəxəssislərini ölkəmizin və xaricin elmi, texniki, iqtisadi nailiyyətlərinə və qabaqcıl istehsalat təcrübəsinə aid məlumatlarla təmin olunmasını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikinti, şirkət, konsern, birlik (və ya onlara bərabər tutulan müəssisələrin) aparatında məlumat (informasiya) və xarici əlaqələr şöbəsinin rəisi müəssisənin xüsusiyyətini və inkişaf perspektivini nəzərə almaqla, məlumat işləri üzrə tədbirlər layihəsinin işlənib hazırlanmasına, habelə sorğu-məlumat fondunun yaradılmasına rəhbərlik edir. Fondun müntəzəm olaraq artmasını təmin edir. Texiiki və təşkilati məsələlərin həllinə, habelə istehsalat proseslərinin, əməyin təşkili və istehsalatın idarə olunmasının təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması ilə əlaqədar sahə üzrə xüsusi əhəmiyyət kəsb edən məlumatları təhlil edir, rəhbərliyin və müvafiq şöbələrin elm və texnikanın nailiyyətlərinə aid məlumatların mübadiləsini, məlumat materiallarının toplanmasını, sistemləşdirilməsini, öyrənilməsini və ümumiləşdirilməsini, istehsalatın mövcud vəziyyəti və inkişaf perspektivi haqqında referat, xülasə və mövzular icmalının tərtibini, habelə müəssisənin fəaliyyətinin nəticələrini ölkəmizin və xaricin oxşar müəssisələri ilə müqayisə edilməsini, kənar təşkilatların sorğusuna əsasən öz müəssisəsinin qabaqcıl təcrübəsi barədə məlumatın hazırlanmasını təşkil edir.