Memar layihələndirmə və tikinti üçün ormativ materiaların işlənib hazırlanmasında iştirak edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda memar icra edilmiş işlərin elmi-texniki hesabatlarının bölmələrini tərtib edir. Layihələndirmə və tikintidə mövcud olan mütərəqqi təcrübələri öyrənir. Layihələndirmə və tikintiyə aid olan səmərələşdirici təklif və ixtialara, habelə normativ sənədlərinin layihələrinə aid fikir söyləyir və rəy verir. Layihənin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak edən memar və texniklərin işini lanlaşdıır və əlaqələndirir.

Memar rayon planlaşdırma sxemlərini və şəhərlərin baş planlarını, layihələndirmənin üsullarını; layihə işlərinin təşkili və planlaşdırmasını, işlənib hazırlanan layihələrə qoyulan texniki tələbləri; ətraf mühitin mühafizəsi üzrə tələbləri, müxtəlif təyinatlı obyektlərin layihələndirilməsində əməyin elmi təşkilinin tələblərini, tikinti norma və qaydalarını, layihə-smeta sənədlərinin işlənib hazırlanması və tərtibi üzrə standartları, texniki şərtləri və digər rəhbəredici sənədləri; layihənin işlənib hazılanmasına aid texniki-iqtisadi hesablamaların və əsaslandırmanın metodlarını; analoji obyektlərin layihələndirilmə və işasında mütərəqqi təcrübələri, layihələndirmənin və tikintinin texniki vasitələrini, standartlaşdırmaın əsaslarını, layihələndirməni əsaslarını, ixtira və kəşflər üzrə sifarişlərin tərtib etmə qaydasını bilməlidir.