Tikinti-quraşdırma işlərinin keyfiyətinə nəzarət şöbəsinin rəisi tikinti-quraşdırma işlərinin istehsal prosesində material, konstruksiya üçün, məlumatların keyfiyyətini yoxlamaq və sınaqdan keçirmək üçün, müasir metod, yeni alət və avadanlıqların tətbiqini təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikinti-quraşdırma işlərinin keyfiyətinə nəzarət şöbəsinin rəisi işin keyfiyyəti, habelə yeni material və texnologiyanın istifədəsi üzrə normativ sənədlərin öyrənilməsi üçün tenxniki təlim mühazirj, məruzə və seminarların keçirilməsini təşkil edir. Yerli şəraitə uyğun olaraq, sənaye məhsullarının və tikinti-quraşdırma işlərinin keyfiyyətini qiymətləndirir, aşkarlığı təmin edir və istehsal vahidləri tərəfindən, işin keyfiyyət səviyyəsinin yüksəldilməsində, əldə olunan nəticələrə görə onların maddi marağını təşkil edir. İcra olunan tikinti-quraşdırma və xüsusi işlərin layihə sənədlərinə və tikinti üzrə normativ sənədlərin tələblərinə uyğun olmasına, İTKİ-də sənaye müəssisələrində konstruksiya, detal və məmulatların hazırlanmasına, seçmə üsulla nəzarət edir, İTKİ-də və sənaye müəssisələrində hazırlanan tikinti material, konstruksiya və məlumatların keyfiyyətinin idarəetməsinə metodiki rəhbərliyi aşağıdakı istiqamətlərdə həyata keçirir: material, konstruksiya və avadanlıqların qəbulu və saxlanması, reklamasiya işləri, idarənin özünün istehsalatının texnoloji prosesi, standartların tətbiqi, məhsulun keyfiyyətinə nəzarət (giriş, əməliyyat, qəbul) və məhsulun keyfiyyətinə attestasiyası. İnşaat laboratoriyasının işinə metodiki rəhbərliyi və nəzarəti yerinə yetirir.