Müqavilə və iddia işləri üzrə iqtisadçı sifarişçi və subpodrat təşkilatlarla bağlanılan podrat müqavilələrini hazırlayır, obyektlərin işası üzrə smeta sənədlərini yoxlayır, təhvil aktlarını tərtib etməklə, yerinə yetirilmiş işlərin dəyərini hesablayır və uçotunu aparır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda müqavilə və iddia işləri üzrə iqtisadçı tikintidaxili titul siyahılarının baxılması və yoxlanılmasında iştirak edir və podrat müqavilələrini hazırlayır. Sifarişçidən alınmış smeta sənədlərinin yoxlanmasını və onun keyfiyyətinə aid iradların hazırlanmasını yerinə yetirir. Subpodrat təşkilatların nümayəndələri ilə birlikdə, layihə təşkilatı və sifarişçi ilə smetaları, mateialların dəyər kalkulyasiyalarını, nəqliyyat sxemlərini və s. razılaşdırır. İşlərin mərhələlər üzrə icra olunmasına aid cədvəlləri tərtib edir. Limitləri qoyulmuş xərcləri əlavə etməklə, yerinə yetirilmiş işlərin dəyərəni hesablayır. İcra olunmuş və sifarişçinin ödədiyi tikinti-quraşdırma işlərinin uçotunu aparır. İcra olunmuş işlərin, nəzarət məqsədi ilə ölçülməsində iştirak edir. Plan şöbəsi ilə birlikdə tikinti material və konstruksiyalara, nəqliyyat, kommunal və digər xidmətlərə plan-hesablama qiymətlərinin; habelə tikinti təşkilatlarının yardımçı müəssisələrinin məhsullarına buraxılış qiymətlərinin işlənib hazırlanmasında iştirak edir.