Istehsalatın hazırlığı şöbəsinin rəisi obyektlərdə payız-qış şəraitində iş görmək üçün müvafiq tədbirlərin hazırlanmasında iştirak edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda istehsalatın hazırlığı şöbəsinin rəisi subpodrat təşkilatların işləyib hazırladıqları işlərin istehsalat layihələrinə baxır və onları razılaşdırma üçün hazırlayır. Tikintinin texnologiyasının təkmilləşdirilməsinə yönəldilmiş səmərələşdirici təkliflər üzrə layihə işləmələrinin və iş cizgilərinin yerinə yetirilməsini təşkil edir. Kollektiv və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir. Şöbənin işçilərinə rəhbərlik edir.

Istehsalatın hazırlığı şöbəsinin rəisi trestin fəaliyyətini müəyyən edən müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri; tikinti istehsalatının mühəndis-hazırlığı sistemini; layihə sənədlərinin və işlərin istehsalat layihələrinin  işlənib hazırlanma və razılaşma qaydasını; tikinti konstruksiyalarının hesablama metodlarını; iqtisadiyyatın və istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını; tikinti istehsalatının texnologiyasını; tikinti istehsalatının mühəndis hazırlığı üzrə mütərəqqi təcrübələri; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.