Baş mühəndis başa çatmış obyektlərin lazımi sənədlərinin hazırlanıb, komissiyaya təqdim olunmasında iştirak edir, həmçinin komissiyasının işində iştirak edir, Komissiyanın işinin başa çatmasından sonra obyektin istismarçı təşkilata təhvil verlməsinə başçılıq edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda baş mühəndis tikintinin və onun sahələrinin iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini; tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının və aidiyyatlı təşkilatların əsasnamələrini, sərəncamlarını, əmrlərini və digər normativ hüquqi aktlarını; sahənin və təşkilatın texniki və iqtisadi inkişaf perspektivlərini; tikinti istehsalının texnologiyasını; podrat müqavilələrin bağlanması və icrası qaydalarını; təşkilatın istehsal-təsərrüfat və maliyyə fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını; istehsalatın, əməyin və idarəetmənin təşkilini və iqtisadiyyatını; tikinti istehsalının texnologiyasını, təşkilini və idarəetmə sahəsində elm və texnikanın nailiyyətlərini; mütərəqqi təcrübələri; qanunvericiliyin əsaslarını; əməyin elmi təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə və istehsalat sanitariyasının norma və qaydalarını bilməlidir.