Batan qruntların yerli islanması nəticəsində əsasın deformasiya sxemi seçildikdə islatma mənbəyinin yerləşməsində iki əsas hala: birinci – binanın və qurğunun ortası altında, ikinci – bina və qurğunun yanı altında baxılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Batmaya görə I növ qrunt şəraitlərində əsasın deformasiya olunan üst zonasında (şəkil 6.1) batma xüsusiyyətləri olan və ya bu xüsusiyyətləri hissə-hissə aradan qaldırılan qruntlarla şaquli yerdəyişmələrinin hesablama sxemi bina və ya qurğuların bünövrələrindən ötürülən xarici yüklərdən və qruntun öz çəkisindən birgə təsirlər zamanı, həmçinin zonasından aşağı qruntların batması nəzərə alınmaqla onların fiziki-mexaniki xassələrinin dəyişməsindən dəyişən sərtlikli (qruntun islanma zonalarında qeyri-bərabər batma sahələrlə) əsas şəklində qəbul olunmalıdır. Dəyişən sərtlikli əsasın sahələrinin uzunluğu (şəkil 6.3) bünövrələrin qoyulma dərinliyindən, islatma mənbəyinin yerləşmə dərinliyindən qruntun batma zonasından suyun kənara yayılma bucağının qiymətindən və əlavə 8 üzrə digər amillərdən asılı olaraq müəyyənləşdirilməlidir.