Batmaya görə ayrılan qrunt şəraitinin hansı növlərə bölündüyü açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Batmaya görə ayrılan qrunt şəraiti aşağıdakı növlərə bölünür:
– I növ qrunt şəraitləri – qruntun batması öz çəkisindən deyil əsasən xarici yük təsirindən mümkündür və ya batmanın qiyməti 5 sm-i aşmır;
– II növ qrunt şəraitləri – qruntun batması xarici yük təsirindən başqa onun öz çəkisindən də mümkündür və batmanın qiyməti 5 sm-i aşır.