Düzləndirməyə hesablanma ilə yanaşı düzləndirici (domkratlar, düzləndirici qurğulardan əsasa ötürülən təzyiqdə əsasın dayanıqlılığının yoxlanılması daxil olmaqla) qurğulardan topa yükləri qəbul edən binaların bünövrə-yeraltı hissəsinin dayanıqlılığı və yükdaşıma qabiliyyətləri yoxlanılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Tikinti və istismarında kifayət qədər müsbət təcrübə olduqda qruntun batma təsirinə III məsuliyyət səviyyəli bina və qurğuların konstruksiyalarının hesablanmasının aparılmamasına yol verilir.