Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin vəzifələri sırasına nazirliyin aidiyyəti baş idarə və idarələrinin tərkibindəki nəzarət və analitik funksiyalarını həyata keçirən struktur qurumların fəaliyyətinə əməli və metodiki köməklik göstərmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Ədliyyə orqanlarının məhkəmələrdə iddiaçı, habelə cavabdeh qismində iştirak etdiyi işləri təhlil etmək və nəticələrinə dair təkliflər vermək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrası ilə bağlı məhkəmə və hüquq sisteminə dair beynəlxalq təşkilatlara təqdim olunan dövri hesabatların hazırlanmasında iştirak etmək və Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərindən irəli gələn vəzifələrini, üzv olduğu beynəlxalq, digər təşkilatların ədliyyə və məhkəmə sistemlərinə dair tövsiyələrini təhlil etmək və müvafiq təkliflər hazırlamaq da bu vəzifələr sırasındadır.