Kranaltı yolların qurulması və istismarı sahəsinin rəisi səmərələşdirmə və ixtiraçılıq işlərinə rəhbərlik edir və bununla əlaqədar təkliflərin işlənib hazırlanmasına və tətbiqinə lazımi köməklik göstərir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda kranaltı yolların qurulması və istismarı sahəsinin rəisi təhlükəsiz əmək şəraitinin yaradılması, habelə əməyin mühafizəsinin qayda və normalarına riayət edilməsi üzrə müntəzəm iş aparır. Bədbəxt hadisələrin araşdırılmasını və uçotunu təşkil edir, onların qarşısını almaq üçün tədbirlər işləyib hazırlayır, sahənin işçilərinin yükqaldıran maşın və mexanizmlərinin təhlükəsiz istismarını və qülləli kranların rels yollarının saz vəziyyətdə saxlanma qaydalarına aid biliklərinin vaxtaşırı yoxlanmasında iştirak edir.

Kranaltı yolların qurulması və istismarı sahəsinin rəisi sahənin istehsalat-təsərrüfat fəaliyyətini müəyyən edən müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədlərini; kranaltı yolların qurulma və yükqaldıran maşın və mexanizmlərinin istismar qaydalarını; iqtisadiyyatın, habelə istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; əmək haqqının ödənilməsinə üzrə əsasnamələri, maddi-həvəsləndirici formaları; avadanlıqların texniki xidməti və təmiri üzrə mütərəqqi təcrübələri; sahənin işinin planlaşdırma prinsiplərini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir.