Əməyin və əmək haqlarının təşkili şöbəsinin rəisi əməyin ödənilməsinin və təşkilinin kollektiv formalarının səmərəliliyinin yüksəldilməsi və tətbiqi üzrə həmçinin əmək proseslərinin xəritələrinin və qulluqçularını əməyin təşkilinin eyni tipli layihələrinin tətbiqi üzrə təkliflər hazırlayır, əmək məhsuldarlığının artması üzrə tapşırığın yerinə yetirilməsinin təhlilinin aparılmasında, əməyə və əmək haqqı fondunun xərclənməsinin düzgünlüyünə nəzarətin aparılması üzrə planların işlənməsində iştirak edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda əməyin və əmək haqlarının təşkili şöbəsinin rəisi idərəetmənin strukturunun təşkilinin təkmilləşdirilməsi, qulluqçuların əməyinin təşkili və mexanikləşdirilməsi, struktur bölmələri və işçilərin vəzifə təlimatları haqqında əsasnamələrin, vəzifə maaşlarının və qəbul edilmiş əmək haqqı fondlarının sxemlərinə müvafiq, ştat cədvəlləri üzrə işi aparır. Əlverişli say, peşə və ixtisas tərkibli briqada və dəstələrin komplektləşdirilməsi üzrə tədbirlər iləyir. Təsdiq olunmuş norma və qiymətlərin tətbiqinin düzgünlüyünə, naryadların vaxtında və düzgün tərtibinə və verilməsinə nəzarəti təşkil edir. Vaxtamuzd fəhlələrin əməyinin normalaşdırılma sahəsinin genişləndirilməsinə imkan yaradır. Əmək sərfi və əmək haqqı kalkulyasiyalarının, tikinti-quraşdırma ilərinə, həmçinin yardımçı istehsalatda və xidməti təsərrüfatda işləri, yerli norma və qiymətlərin işlənməsini təşkil edir.