Ədliyyə Nazirliyinin kollegiya qərarlarının, ədliyyə nazirinin əmr və sərəncamlarının, habelə nazirliyin iş planında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti təşkil etmək, səlahiyyəti daxilində icrası məcburi olan yazılı göstərişlər vermək, onların icrasını təşkil etmək və icrasına nəzarəti həyata keçirmək Baş idarənin rəisinin vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarənin müvafiq hesabatlarını və iş planını təsdiq etmək, onun vaxtında icra olunmasına nəzarəti həyata keçirmək, zəruri hallarda xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırmaq və ya onları bir işçinin icraatından digər işçinin icraatına vermək, ədliyyə orqanlarında və müvafiq məhkəmələrdə monitorinqlər, habelə ədliyyə işçiləri və nazirliyin səlahiyyətinə aid vəzifələr üzrə müvafiq məhkəmə hakimləri barəsində araşdırmalar aparılmasına dair nazirliyin rəhbərliyi qarşısında məsələ qaldırmaq da bu vəzifələr sırasındadır.