Faydalı qazıntılar yerləşən işlənmiş ərazilərdə planlaşdırma və tikintiyə dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Sənaye ehtiyatları olan faydalı qazıntılar olan ərazi tikinti üçün seçildikdə ehtimal olunan tikintinin məqsədəuyğunluğu aşağıdakı işlərə xərclər nəzərə alınmaqla bina və qurğuların mümkün yerləşdirmə variantlarının iqtisadi effektivliyi müqayisəli hesablamalarla təsdiq olunmalıdır:
- a) işlənmənin təsirindən bina və qurğuların mühafizəsi və tikinti istehsalat bazasının genişlənməsi tədbirlərinə;
- b) bina və qurğuların təmirinə;
- c) avadanlıqların fasiləsiz işlənməsinin təmin olunmasına;
- d) dağ-mədən işlərinin inkişaf planına düzəlişlərlə əlaqəli zəruri olan hallara;
- e) yeraltı dağ-mədən qazmalar üzərində əsasın deformasiya risklərin təsirinə məruz qalan obyektlərin bünövrə və konstruksiyaların vəziyyətlərinə daimi monitorinq sisteminin işlənilməsinə.