İstismar olunan bina və qurğuların işlənməsində mühafizə tədbirləri nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Adi şəraitdə tikinti üçün hazırlanan bina və qurğuların layihələrinin hesablanma ilə yoxlamadan və onları bu normaların tələblərinə müvafiq yenidən işləmədən işlənmiş ərazilərdə tətbiq edilməsinə yol verilmir.

İşlənmiş ərazilərdə tikilən bina və qurğuların eyni birtipli layihələri müxtəlif qrup işlənmiş ərazilərdə onların tətbiqinin mümkünlüyünün təmin edilməsi məqsədilə unifikasiya olunmalıdır.