İstehsalat şöbəsinin rəisi istehsalın gedişinin əməli tənzimlənməsini, onun təşkilini və texnologiyasının təkmilləşdirilməsini və bunun əsasında tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinin əldə edilməsini təmin edir. İşin istehsal təqvim planının işlənməsini və onun yerinə yetirilməsi-nə nəzarəti təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda istehsalat şöbəsinin rəisi aylıq planlarını və həftə-gün qrafiklərini razılaşdırır. Tikinti bölmələri və subpodrat təşkilatları arasında işin yerinə yetirilmə müddəti üzrə əlaqəni təmin edir. Müəssisənin istehsal fəaliyyətinə və onlar tərəfindən inşaat konstruksiyalarının və məmulatlarının buraxılış qrafikinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Təcili müşavirələr üçün sənədlərin hazırlanmasını təşkil edir və onlarda iştirak edir. Obyektin tikintinin, təsdiq olunmuş qrafikinə uyğun olaraq, onların tədarükünün növbəliliyini müəyyən edir. Texnoloji avadanlıqların tədarük siyahısı və sifarişçi ilə razılaşdırılmasında iştirak edir. Əməli istehsalat planlaşdırılmasının təcili təkmilləşdirilməsi və dispetçer xidmətinin təşkili və mexanikləşdirilməsi vasitələrinin tətbiqi üzrə tədbirlərin işlənməsini və tətbiqini təmin edir. Təsərrüfat hesablı briqadanın illik planlarının işlənməsində iştirak edir və tam təsərrüfat hesabının və özünü maliyyələşdirmənin tətbiqi gedişində meydana çıxan istehsalat məsələlərini həll edir.