Karantin tələblərinin, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, yaxud mülki müdafiə tədbirlərinin pozulmasına və təxirəsalınmaz qəza-xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün əmək qabiliyyətli əhalinin səfərbər olunması (əməyin mühafizəsi qaydalarına tam riayət olunması şərtilə) və şəxslərin nəqliyyat vasitələrinin cəlb edilməsinə maneçilik törədilməsinə görə cərimələr məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, İnzibati Xətalar Məcəllədə əksini tapıb.
Karantin tələblərinin, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, yaxud mülki müdafiə tədbirlərinin pozulmasına və təxirəsalınmaz qəza-xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün əmək qabiliyyətli əhalinin səfərbər olunması (əməyin mühafizəsi qaydalarına tam riayət olunması şərtilə) və şəxslərin nəqliyyat vasitələrinin cəlb edilməsinə maneçilik törədilməsinə görə fiziki şəxslər qırx manatdan səksən manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə on beş günədək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.