Bu gün Bakıda binalarda olan su çənlərinin təmizlənməsinə nəzarət edilmir.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, bu çənlər təmizlənir, təmizlənmir, bilinmir: “Əksəriyyət artıq hündürmərtəbəli binalarda yaşayır. Hamı təsdiq edər ki, kranı açanda qum gəlir. Mən heç öz həyətimizdə çənin təmizlənməsini görməmişəm. Bununla bağlı qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir”.