Müqavilə və iddia işləri üzrə iqtisadçı vahid qiymətlər və üstəlik xərclərin normalarına, nəzərdə tutulmayan məsrəflər üzrə, məxaric smetalarını tərtib edir və onları lazım gəldikdə sifarişçi ilə razılaşdırır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda müqavilə və iddia işləri üzrə iqtisadçı yeni texnika və texnologiya, əməyin elmi təşkili, səmərələşdirici təklif və ixtiraların tətbiqinin iqtisadi effektliyini hesablayır. Arbitrajda baxılmaq üçün, idia sənədlərinin hazılanmasında iştirak edir. Təsərrüfat hesablı biqadalar üçün işlərin, materialların və mexanikləşdirmə üzrə xərclərin hesablanma dəyərini müəyyən edir. Müqavilə və iddia işləri üzrə iqtisadçı əsaslı tikintinin perspektiv və cari planlarının ilənib hazırlanma qaydasını; idarətmənin əsaslarını, smetaların tərkibini, məzmununu, işənib hazırlanma və razılaşdırılma qaydasını, tikintinin maliyyələşdirmə qaydalarını bilməlidir.