İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) komplektləşdirmə şöbəsinin rəisi işlərin istehsalat layihəsinə, komplektləşdirmələrinə, limitlə alınan mallar xəritələrinə və komplektləşdirmənin texnoloji xəritələrinə uyğun olaraq tikinti obyektlərinin lazımi material-texniki ehtiyatlarla komplektləşdirilməsinə aid tapşırıqların yerinə yetirilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda istehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) komplektləşdirmə şöbəsinin rəisi komplektləşdirmə qrafiklərini (tapşırıqlarını) işləyib hazırlayır. İllik tikinti tapşırıqlarına, layihə və texnoloji sənədlərə uyğun olaraq, material ehtityatları üçün toplu sifarişlərinin tərtib olunmasının təmin edir. Ayrılmış fond və limitlərin tədarükçülər və materialların növləri üzrə vaxtlı-vaxtında realizasiyasını təmin edir. Texnoloji qrafikə uyğun mərkəzləşdirilmiş qaydada, avtonəqliyyatla komplektləşdirici məlumat və materialların əsas (bazis) anbarından obyektin işçi zonasına çatdırılmasını təşkil edir. Anbar təsərrüfatını təşkil edir, məlumat və materialların lazımi səviyyədə qəbul və buraxılışını, onların kəmiyyət və keyfiyyətcə lazımi səviyyədə saxlanması üçün qorunmasını təşkil edir. Mühəndis-komplektləşdirmə işləri üzrə aylıq-toplu və həftə-sutka, qrafiklərinin faktiki yerinə yerinə yetirilməsi haqda məlumatları ümumiləşdirir və təhlil edir.