Valyuta əməliyyatları barədə vahid informasiya sisteminin proqram kompleksinə əməliyyat sistemləri, tətbiqi proqram təminatı, informasiyanın mühafizəsi və digər proqram vasitələri aiddir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Tətbiqi proqram təminatı aşağıdakı istiqamətləri əhatə edir:

– elektron kabinet;

– valyuta əməliyyatlarının vahid elektron bazası;

– valyuta əməliyyatları üzrə müştərilər üçün məlumat pəncərəsi;

– digər informasiya sistemləri və ehtiyatları ilə məlumat mübadiləsini təmin edən inteqrasiya və elektron məlumat sorğulama modulu.