Kranaltı yolların qurulması və istismar sahəsinin mexaniki plan-xəbərdaredici və sifarişli təmirlərin istehsalına aid qrafiklərə uyğun mexanizmlərin tikinti obyektindən çıxarılmasını təmin edir..
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda kranaltı yolların qurulması və istismar sahəsinin mexaniki “Texniki baxış” və “texniki xidmət” qrafiklərinə daxil olan bütün sahə avadanlıqlarının təmirinin icrası üçün işə başlamazdan ən azı 10-15 gün əvvəl cədvəllərin tərtib edilməsində iştirak edir. Səmərələşdirmə və ixtiralar üzrə işdə iştirak edir, təkliflərin işlənib hazırlanması və tətbiq edilməsində lazımi köməklik göstərir. Təhlükəsiz iş şəraitinin yaradılması, əməyin mühafizəsi üzrə qayda və normalara riayət edilməsi üçün müntəzəm iş aparır. Baş vermiş bədbəxt hadisələrin araşdırılması, uçotu və onlara yol verməmək məqsədilə təbirlərin işlənib hazırlanmasında iştirak edir, vaxtaşırı işçilərin yükqaldıran sahə və mexanizmləri təhlükəsiz istismar qaydaları üzrə biliklərinin yoxlanılmasını təşkil edir.
Kranaltı yolların qurulmasını və istimarını yerinə yetirən sahə işçilərinə rəhbərlik edir.