Tikinti-quraşdırma işlərinin keyfiyətinə nəzarət şöbəsinin rəisi məhsulun keyfiyyətinin idarəetmə məsələləri üzrə (DS, TL və Q, TŞ, təlimat sorğu kitabçaları və s.) bölmələri normativ və sorğu ədəbiyyatı ilə təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikinti-quraşdırma işlərinin keyfiyətinə nəzarət şöbəsinin rəisi sənaye müəssisələrinin məhsulu və tikinti-quraşdırma işlərini keyfiyyət məsələlərini texniki-iqtisadi şurada baxılması üçün müzakirəyə hazırlayır. Tikinti-quraşdırma işlərinin və obyektə daxil olan material ehtiyatlarının keyfiyyətsizliyi haqqında təşkilatın rəhbərliyinə məlumat verir. İstehsalat bölmələrinin lazımi ölçü cihazları və laboratoriya avadanlıqları ilə komplektləşdirilməsinin, habelə mövcud vasitələrin uçotunu aparır. Şöbənin fəaliyyəti haqqında hesabatları hazırlayır və onları müvafiq təşkilatlara təqdim edir, Tikinti təşkilatının fəaliyyəti haqqında hesabatın tərtibatında, kollektiv müqavilənin hazırlanmasına və onun şərtlərinin icrasında iştirak edir.
Tikinti-quraşdırma işlərinin keyfiyətinə nəzarət şöbəsinin rəisi tikinti-quraşdırma işlərinin keyfiyyətlə idarəolunması üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri, tikinti-quraşdırma işlərinin keyfiyyəti üzrə idarələrarası nəzarət sistemini, onların keyfiyyətinin yüksəldilməsinin planlaşdırma metodlarını; texniki nəzarətin sistem, metod və vasitələrini, tikinti istehsalatatının texnologiyasının; sahə üzrə və tikinti təşkilatlarında qüvvədə olan standart və texniki şərtləri, tikinti məhsullarının keyfiyyətinin attestasiya qaydalarını, xammal, yarımfabrikat, komplektləşidirici “məlumat, hazır tikinti məhsulunun keyfiyyəti üzrə reklamasiyanın təqdim olunma və baxılma qaydasını, icra olunan tikinti-quraşdırma işləri və tikinti məhsullarının qəbul və sınaqlarının aparılma qaydalarını, uçotun təşkili, tikinti-quraşdırma işlərinin keyfiyyətinə aid hesabatın hazırlanma müddəti və qaydasını, tikinti-quraşdırma işlərində yüksək keyfiyyət göstəricisinə nail olmaq üçün qabaqcıl təcrübələri və onların tətbiqi ilə əlaqədar nəzarətin təşkilini bilməlidir.