Baş qaynaqçı əməyin məhsuldarlığının, ehtiyatlardan istifadə etməklə, artırılması ilə əlaqədar işlərin yerinə yetirilməsini təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
O cümlədən baş qaynaqçı qaynaq işlərinin yerinə yetirilməsi metodlarının və texnologiyasının təkmilləşdirilməsi üzrə tədqiqat və eksperimental işlərə rəhbərlik edir. Trestin istehsal bazasının yenidənqurulması və onun texniki cəhətdən silahlandırılması, texnoloji proseslərin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üsullarının tətbiqi üzrə təkliflərin hazırlanmasında, avadanlıqların plan-xəbərdaredici və əsaslı təmir qrafiklərinin işlənməsində iştirak edir. Qaynaqçılara olan tələbatı müəyyən edir və onların hazırlığını və attestasiyasını, qəbul edilmiş qaydada, təşkil edir. Elmi-texniki nailiyyətlərin, qaynaq işlərinin yerinə yetirilməsi üzrə mütərqqi təcrübənin öyrənilməsi və tətbiqi üzrə işi təşkil edir. Qaynaq işlərinin təkmilləşdirilməsi üçün elmi-tədqiqat və layihə-texnoloji təşkilatları ilə əlaqələr yaradır. Tikinti təşkilatlarının bölmələrində qaynaqçıların işinə metodiki rəhbərliyi həyata keçirir.