XX əsrdə uşaqları məktəbə qaloşla aparmağa məcbur olurlar, çünki Bakı kəndlərində kollektorlar qurulmur.
Heftelik.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə deputat Rauf Əliyev deyib.
Deputat bildirib ki, çox yerdə kanalizasiya yoxdur: “Bakının kənd və qəsəbələrində də kanalizasiya yoxdur. Yağış suları yığılsa, yeraltı sulardan istifadə olunsa, bu problem aradan qalxar”.