Tikinti, şirkət, konsern, birlik (və ya onlara bərabər tutulan müəssisələrin) aparatında məlumat (informasiya) və xarici əlaqələr şöbəsinin rəisi müəssisənin bölmələri tərəfindən məlumat materiallarından imtisadə olunmasını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda tikinti, şirkət, konsern, birlik (və ya onlara bərabər tutulan müəssisələrin) aparatında məlumat (informasiya) və xarici əlaqələr şöbəsinin rəisi müəssisədə texniki nailiyyətlərindən və qabaqcıl təcrübədən istifadə olunması üçün müvafiq təkliflər işləyib hazırlayır. Xarici ədəbiyyat, kataloq və elmi-texniki sənədlərin tərcüməsini təşkil edir. Xarici ölkələrdəki tikinti şirkət, konsern, firma və digər müvafiq müəssisələr haqqında lazımi məlumat toplayır, mümkün əməkdaşlıq imkanlarını müəyyənləşdirir və bu barədə rəhbərliyə təkliflər verir. Müəssisələrdə birbaşa və uzunmüddətli təsərrüfat əlaqələrinin yaradılması işində iştirak edir. Xarici ölkələrdəki müəssisələrlə istehsalat, təchizat, mütəxəssis və fəhlə qüvvəsinin mübadiləsinə aid saziş, müqavilə, niyyət protokollarının tərtibində və bağlanmasında iştirak edir. Ölkəmizdə və xaricdə tikinti sahəsi üzrə elan edilmiş satınalmaların şərtləri haqqında ətraflı məlumatları toplayıb rəhbərliyə təqdim edir. Müəssisənin ayrı-ayrı mütəxəssislərinin iş təcrübəsini (ixtisaslarını) artırmaq məqsədi ilə xarici müəssisələrə ezam olunması barədə müvafiq təkliflər verir. İdarənin qarşısında qoyulan tapşırıqların vaxtlı-vaxtında yerinə yetirilməsini təmin edir.