Atalar aliment ödəmir.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı deyib.

“Dövlət baxmalıdır sənin övladına?! Dünən bir xəbər yayılıb ki, 4 övladı olan icra başçısı özünə toy edir. Bu nə nümunə olacaq cəmiyyətə?! Sənin 4 övladın var, 4!”, – deyə Səadət Bənənyarlı vurğulayıb.

Qeyd edək ki, dünən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyu olub. İcra başçısı aparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurur. Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub. Toy Bakıdakı restoranlardan birində keçirilib.

Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru (2004-2014) və Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri (2005-2015) Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.