Plan-xəbərdaredici təcili sahəsinin mexaniki bütün növlərdən olan avadanlıqların və kommunikasiyaların, ventilyasiya və yanğın əleyhinə qurğuların qəzasız və etibarlı işini təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda plan-xəbərdaredici təcili sahəsinin mexaniki avadanlığın düzgün istismarını, onun vaxtlı-vaxtında və keyfiyyətli təmirini və modernləşdirilməsini təmin edir. Vaxtaşırı avadanlıqlar üzrə baxışların keçirilməsini təşkil edir, onlara texniki xidmət göstərmək və təmirlər üzrə qrafiklər tərtib edir, avadanlıqların texniki sənədlərini aparır.

Avadanlıqların ayrı-ayrı düyün və detalların vaxtında tez dağılmasının səbəbini aşkar etmək və aradan qaldırmaq məqsədilə onların iş şəraitini öyrənir. Maşınların, avadanlıqların və onların düyülərinin təmiri, habelə düyün və detalların bərpası üzrə mütərəqqi metodların, avadanlıqların boş dayanmalarının azaldılması və işləmə müddətinin artması, təmir işlərinə çəkilən xərclərin azaldılmasına və keyfiyyətin yüksəldilməsinə aid tədbirləri işləyib hazırlayır və tətbiq edir.