Baş qaynaqçının nələri bilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Baş qaynaqçı müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını, əmrlərini, istehsalın texnoloji hazırlığı və qaynaq işləri texnologiyasının, habelə icrasının təşkili üzrə metodiki sənədləri və qüvvədə olan normativ-hüquqi aktları; qaynaq avadanlığının istehsal gücünü, texniki xarakteristikasını, kostruktiv xüsusiyyətlərini və iş rejimini, onun istismar qaydalarını; qaynağın metod və üsullarını, texniki sənədlərin işlənməsi və tərtibi üzrə əsasnamələri, təlimatları və digər aidiyyatlı normativ-hüquqi aktları; qaynaq zamanı istifadə olunan materiallara qoyulan tələbləri: onların sərfi normasını; qaynaq avadanlığının təmirinin təşkilini; qaynaq işləri üzrə standartları və texniki şərtləri, tikinti norma və qaydalarını; qaynaq zədələrinin növlərini və onların aradan çıxarılması üsullarını; qaynaq işlərinin təşkili və texnologiyası sahəsində qabaqcıl milli (yerli) və beynəlxalq təcrübəni; iqtisadiyyatın və istehsalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydaları bilməlidir.
İxtisas tələblərinə gəlincə, baş qaynaqçının ali texniki təhsil və tikinti təşkilatlarında ixtisas üzrə rəhbər və mühəndis-texniki vəzifələrində 5 ildən az olmayaraq iş stajı olmalıdır.