Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin vəzifələri sırasına müvafiq məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, icra və əmək intizamına riayət olunması üçün tədbirlər görmək və məhkəmə fəaliyyətinin təşkilinə dair aparılmış müvafiq ümumiləşdirmələri öyrənmək və təhlil etmək, bu barədə Məhkəmə-Hüquq Şurasına təqdim edilməsi üçün məlumatlar hazırlamaq daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq hakimlər haqqında intizam icraatına başlanılması barədə Məhkəmə-Hüquq Şurasına müraciət hazırlamaq, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün aidiyyəti məlumatları toplamaq, onları ümumiləşdirmək və Məhkəmə-Hüquq Şurasına təqdim edilməsi üçün hazırlamaq, müvafiq məhkəmə aparatlarının strukturunun və ştat cədvəlinin müəyyən edilməsi üçün təkliflər vermək və fəaliyyət istiqamətləri üzrə və nazirliyin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək də bu vəzifələr sırasındadır.