Türkiyə Super Liqasının 28-ci həftəsində keçiriləcək qarşılaşmaların hakim heyəti bəlli olub.
Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, “Beşiktaş” – “Qalatasaray” derbisini baş hakim Halil Umut Meler idarə edəcək.
Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Matçın 4-cü hakimi Bahattin Şimşəkdir.
Qarşılaşma martın 3-ü Bakı vaxtı ilə saat 20:00-da Tüpraş Stadionunda baş tutacaq.
Qeyd edək ki, Halil Umut Meler 11 dekabr 2023-cü ildə “Ankaragücü” – “Çaykur Rizespor” oyununda “Ankaragücü” klubunun prezidenti Faruk Koca tərəfindən döyülməsi ilə gündəmə gəlmişdi.