“Ekoloji təmiz kənd təsərrüfatı” haqqında qanunu ləğv edirlər.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

“Qanunu yerinə yetirə bilmirlər, belə olan halda qanunu nə üçün ləğv edirlər?!”, – deyə  Eyyub Hüseynov qeyd edib.

Komitə sədri Zahid Oruc isə bildirib ki, qanunun ləğvi ilə bağlı sənəd artıq gəlib.