Bir müddət əvvəl ölüm xəbəri ilə gündəmə gələn Əməkdar artist Kifayət Gəncəli xəstəxanaya yerləşdirilib.

Heftelik.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, bu barədə aparıcı Elgiz Əkbər proqramında deyib.
O bildirib ki, aktrisa yıxılıb və vəziyyəti pisdir:
“Yıxılıb huşunu itirib. Heç kimi tanımırdı. Neçə gündür komada idi, ayılmırdı. İnsult keçirib. Həkimlə əlaqə saxladıq. Deyirlər ayılıb”.