Ev tikmə kombinatlarının (və ya onlara bərabər tutulan müəssisələrin) komplektləşdirmə şöbəsinin rəisi kombinatın istehsalat fəaliyyəti üçün lazımi material ehtiyatları (resursları ilə (material, yarımfabrikat, konstruksiya, komplektləşdirici məmulat, alət, ehtiyat hissələri) təmin olunmasını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda ev tikmə kombinatlarının (və ya onlara bərabər tutulan müəssisələrin) komplektləşdirmə şöbəsinin rəisi material ehtiyatlarının alınması üçün toplanmış tələbnamələrinin (sifarişlərinin) tərtib olunmasını təmin edir, layihə-texniki sənədlərinə və tikintilərin illik planlarına uyğun olaraq kombinatın ehtiyatlara olan tələbatını əsaslandırmaq üçün hesablamalar aparır. Müvafiq fondların alınması, kombinatı məhsul istehsal edən zavodlara və təchizat təşkilatlarına təhkim edilməsi üçün, komplektləşdirmə üzrə lazımi sənədlər toplusunu işləyib hazırlayır, aidiyyatı təşkilatlara təqdim edir. Mal göndərən təşkilatlar və materialların növləri üzrə ayrılmış fondların və limitlərin vaxtlı-vaxtında realizasiyasını təmin edir.