Əməyin və əmək haqlarının təşkili şöbəsinin rəisi fəhlələrə peşə və itxtisas dərəcələrinik düzgün verilməsinə nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda əməyin və əmək haqlarının təşkili şöbəsinin rəisi qabaqcıl təcrübə məktəbinin aparılmasını təşkil edir. Bölmələrdə əmək qanunvericiliyinə, əməyin təşkili və əmək haqqı məsələlərinə aid müvafiq icra hakimiyyəti orqanlarının qərarlarına, sərəncamlarına və digər normativ aktlarına riayət olunmasına nəzarət edir. Fəhlələrin əmək şəraitinin yaxşılaşdırılması üzrə, o cümlədən təhlükəsiz iş yerlərinin təşkili. onların attestasiyası, qəbul edilmiş qaydada təbii-iqlim və təşkilati-istehsalat şəraitindən asılı olaraq. əməyin və istirahətin səmərəli rejiminin müəyyən edilməsi üzrə tədbirlərin tətbiqini təşkil edir. Kadrlar şöbəsi ilə birgə əməyin təhlükəsizliyi məsələsinin nəzərə alınması ilə peşə öyrənilməsini təşkil edir. Həmkarlar təşkilatı ilə birgə kollektiv müqaviləni hazırlayır və onun yerinə yetirilməsinə nəzarəti təmin edir.