Valyuta əməliyyatları barədə vahid informasiya sisteminin avadanlıq kompleksinə serverlər, yaddaş qurğuları, soyutma sistemləri, fasiləsiz enerji mənbələri və digər texniki vasitələr aiddir.

Heftelik.az-ın məlumatına görə, bu,  “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

İnformasiya sisteminin ehtiyat nüsxəsi ehtiyat mərkəzdə yaradılır və informasiya sisteminin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. İnformasiya sisteminin mərkəzi və ehtiyat avadanlıq kompleksi sahibin nəzarəti altında fəaliyyət göstərir.

İnformasiya sisteminin şəbəkə infrastrukturunu kommunikasiya avadanlığı və mühafizə olunan telekommunikasiya kanalları təşkil edir.