Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə yeni qəbul edilmiş işçiləri təcrübəli əməkdaşlara təhkim etmək və onların işinə bilavasitə nəzarəti həyata keçirmək, baş idarədə, habelə regional ədliyyə idarələrinin rəhbər işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı nazirliyin rəhbərliyinə təkliflər vermək Baş idarənin rəisinin vəzifələri sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarənin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görmək və bu barədə nazirliyin rəhbərliyinə təkliflər vermək, vətəndaşları qəbul etmək, səlahiyyətləri daxilində müvafiq dövlət orqanlarına, məhkəmələrə, hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalamaq, səlahiyyətlərin bir hissəsinin həyata keçirilməsini müavinlərinə tapşırmaq, öz səlahiyyətləri daxilində digər məsələləri həll etmək və xidməti fəaliyyətlə bağlı nazirliyin rəhbərliyinin tapşırıqlarını yerinə yetirmək də bu vəzifələr sırasındadır.