İstismar olunan bina və qurğular üçün hansı mühafizə tədbirləri nəzərdə tutulmalı olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

İstismar olunan bina və qurğular üçün aşağıdakı mühafizə tədbirləri nəzərdə tutulmalıdır:

  1. a) bina və qurğuların əsas və bünövrələrinin deformasiyalarını azaldan dağ-mədən mühafizə tədbirləri;
  2. b) bina və qurğuların əsas və bünövrələrinin deformasiyalarını aradan qaldıran və ya azaldan geotexniki mühafizə tədbirləri;
  3. c) bina və qurğuların əsaslarının deformasiyalara qarşı həssaslığını azaldan, həmçinin onların konstruksiyalarının deformasiyalarını azaldan və ya aradan qaldıran konstruktiv mühafizə tədbirləri.

İşlədilən obyektlərin istismar xarakterinin dəyişdirilməsi, əvvəlcədən planlaşdırılmış təmir və ya qaydaya salmaq işləri də mühafizə tədbirləri kimi qəbul edilə bilər.