İşlənmiş ərazilərdə şəhərlərin və digər yaşayış məntəqələrinin planlaşdırma və tikinti layihələrinin işlənməsi üçün zəruri olan kartoqrafiq materiala nələrin daxil edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İşlənmiş ərazilərdə şəhərlərin və digər yaşayış məntəqələrinin planlaşdırma və tikinti layihələrinin işlənməsi üçün zəruri olan kartoqrafiq materiala aşağıdakılar daxil edilməlidir:
- a) tikinti rayonunun topoqrafik planının surəti;
- b) çıxarılan və çıxarılması planlaşdırılmış faydalı qazıntılar ehtiyatını göstərməklə tikinti rayonunun geoloji kəsiklərinin və gipsometrik planlarının surəti;
- c) tikintiyə aid olmayan tektonik pozuntular və onlara bitişik təhlükəli zonalar və faydalı qazıntı laylarının altındakı çöküntüləri göstərməklə tikinti rayonunun geoloji xəritəsi.
Kartoqrafik materiallarda aşağıdakılar göstərilməlidir:
- a) toxunulmaz lay ilə mühafizə olunan sahələr;
- b) köhnə şaquli və maili dağ-mədən qazmalarının ağızları;
- c) uçqunların yarandığı və uçqun mümkün ola bilən zonalar;
- d) qrunt və axın suları ilə basılması mümkün olan zonalar;
- e) tikinti meydançası hüdudlarında və ona bitişik sahələrdə əvvəllər yaranmış qrunt çıxıntıların yerləşməsi;
- f) tikintiyə aid olmayan dağ-mədən qazmalarının yararsız süxur layının layihə sərhədindən sanitar mühafizə zonaları;
- g) deformasiyaların izoxətləri ilə tikinti meydançası planının və ya yer səthi deformasiyasının böyüklüyü üzrə müxtəlif qrup ərazilərin konturları;
- h) faydalı qazıntıların balansının və balanslaşdırılan ehtiyatlarının yerləşdiyi sahələrinin konturları.
Qeyd. Bütün kartoqrafik materialları 1:5000-dən kiçik olmayaraq bir miqyasda, lakin böyük uzunluqlu obyektlər üçün 1:1000-dən kiçik olmayan miqyaslarda verilməsi məqsədəuyğundur. Göstərilən miqyaslarda materiallar olmadıqda 1:25000 miqyasının tətbiq olunmasına yol verilir.