İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) komplektləşdirmə şöbəsinin rəisi komplektləşdirmə prosesini operativ qaydada nizamlayır.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda istehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) komplektləşdirmə şöbəsinin rəisi komplektləşdirmə qrafiklərinin (tapşırıqlarının) icrasını aylıq hesabatını tərtib edir, Əşyaların siyahıya alınmasında (inventarlaşmasında) iştirak edir. Trestin bütün bölmələrində materialların məsrəf normalarına riayət olunmasına, onların düzgün saxlanması və istifadəsinə nəzarət edir. Kollektiv müqaviləinin hazırlanmasında və onun şərtlərinin yerinə yetirilməsində iştirak edir.

İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) komplektləşdirmə şöbəsinin rəisi əsas anbardan inşa edilən obeyktlərin işçi zonasına məlumat və materialların göstərilməsinin texnoloji qrafikini, komplektləşdirmə və anbar təsərrüfatı üzrə əməliyyatların uçotunun təşkilini və komplektləşdirmə tapşırıqlarının icrası haqda hesabatın tərtib olunma qaydasını, iqtisadiyyatın və istehsalatın təşkilinin əməyin, idarəetmənin əsaslarını, iqtissadiyyatın və komplektləşdirmənin planlaşdırılmasının əsaslarını bilməlidir.