Ərinin sevgilisi tərəfindən şiddətə məruz qalan həkim Aynur Əsədova hadisə ilə bağlı açıqlama verib.

Heftelik.az unikal-a istinadla xəbər verir ki, A. Əsədli bildirib ki, o həyat yoldaşını onun iş yerində sevgilisi ilə birlikdə tutub:

“Mən ərimin iş yerinə təsadüfən gedib (evin düz yanındadır), onu o qadınla intim vəziyyətdə gördüm. Qadın 1978 təvəllüdlü, Quba rayon sakinidir. Bu qadından yoldaşım canını qurtara bilmir. Ona yoldaşım elə bizim məhəlləyə, evə yaxın ev tutub. Yazışma tutmuşdum. İş yerində yoldaşımla birlikdə tutdum, qadını söydüm, yoldaşıma da dedim seç, ya o əxlaqsız, ya mən. Bu zaman qadın yumruqla üstümə gəldi. Mən belə şey görməmişəm. Mən qışqıranda isə, ərim mənim ağzımı, başımı tutdu, qadın isə məni vurdu”.

Qeyd edək ki, İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib.

Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.
Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.
Faktla bağlı araşdırma aparılır.