Plan-xəbəredici təmir sahəsinin rəisi maşınqayırma zavodlarının texniki, istismar, və təmir sənədlərinə, qüvvədə olan dövlət standartlarına, tikinti norma və qaydalarına, inşaat maşınlarının texniki xidməti və təmirinin təşkili üzrə tövsiyyələrə uyğun, inşaat texnikasının plan-xəbərdaredici təmir sisteminin, habelə inşaat texnikasının istismar prosesində dayanmalarının qısa müddətdə aradan qaldırma sisteminin fəaliyyət göstərməsini təşkil və təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda plan-xəbəredici təmir sahəsinin rəisi işlərin həcmi, maya dəyəri, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi üzrə tapşırıqları, habelə işlərin yerinə yetirilməsinə aid təsdiq olunmuş plan və qrafiklərə uyğun, material yanacaq və enerjinin istifadəsi üzrə plan göstərcilərini mühəndis-texniki heyyətin nəzərinə çatdırır. Mexanikləşdirmə idarəsinin aparatına, material-texniki və enerji ehtiyatları, nəqliyyat, texnoloji avadanlıq, mexanizmlər, ehtiyat hissələri, xüsusi geyim, fərdi mühafizəedici vasitələri və s. almaq üçün, vaxtlı-vaxtında sifarişlərin təqdim olunmasını təmin edir.