İşlənmiş ərazilərdə yeni və ya təkmilləşdirilmiş konstruktiv həllərlə, qrunt əsasının hazırlığı üsulları və düzəldilmə metodları ilə layihəçi tərəfindən layihələndirilən bina və qurğuların kütləvi tikintidə tətbiqinə naturada eksperimental yoxlamanın müsbət nəticələri alındıqdan sonra yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
İşlənmiş ərazilərdə bina və qurğuların tikintisində yer səthinin, həmçinin lazım olduqda tikintisi zamanı bina və qurğuların deformasiyalarının instrumental müşahidəsi ilə bağlı işlərin yerinə yetirilməsi nəzərdə tutulmalıdır.