İstehsalat şöbəsinin rəisi bölmələrdə işin qəbul və təhvil aktlarının, görülən işlərin üstünün açılması üzrə aktlarının, iş jurnallarının və di-gər icraçı istehsalat sənədlərinin tərtibinə, həmçinin obyektlərin istismara verilməsinə hazırlığa nəzarəti həyata keçirir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda istehsalat şöbəsinin rəisi tikinti materiallarının, qəbul edilmiş normativlərə müvafiq sərfinə nəzarət edir. Mütərəqqi texnoloji və təşkilati qərarların, həmçinin tikintinin və onun səmərəliliyinin texniki səviyyəsinin, istehsal proseslərimin təhlükəsizliyinin yüksəldilməsini, əmək şəraitinin yaxşılaşdırılmasını təmin edən müsbət təcrübələrin tətbiqini təşkil edir. Plan-istehsalat işlərinin, əməyin mühafizəsi üzrə qərarlarına riayət olunmasına nəzarət edir: Əmək şəraitinin yaxşılaşdırılmasının kompleks planlarının tərtibində və onun realizasiyasında iştirak edir. Əməli planlaşdırmanın, istehsalın cari uçotunun təkmilləşdirilməsii və dispetçer xidmətinin mexanikləşdirilməsi, məlumat verilmənin texniki vasitələrinin və dispetçer idarəetməsinin tətbiqi üzrə tədbirlərin işlənməsini təşkil edir.