Tikinti və quraşdırma işləri üzrə usta iş cizgilərinə, işlərin istehsalat layihəsinə, istehsalat tapşırığına və normativ sənədlərinə uyğun, ustaya həvalə olunduğu sahədə tikinti-quraşdırma işləri üzrə tapşırıqların icrasını təmin edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda tikinti və quraşdırma işləri üzrə usta icra olunan işlərin texnoloji ardıcıllıqla aparılmasına və onların lazımi kefiyyətinin təmin edilməsinə nəzarət edir. Ehtiyac olduqda bölgü işlərini, texnoloji əməliyyatların gedişində geodeziya nəzarətini və tikinti-quraşdırma işlərinin həcminin ölçülməsini yerinə yetirir. Material, konsruksiya və məmulatların qəbulunu, onların yığılmasını, qeydiyyat və hesabatını təşkil edir. Sahədə tikinti maşınlarının mexanizmlərinin, nəqliyyat vasitələrinin səmərəli istifadə olunmasını, materialların qənaətlə işlədilməsini təmin edir. Sahədə briqadaları, habelə onların tərkibinə daxil olmayan manqa və ayrı-ayrı fəhlələri yerləşdirir, onlara istehsalat tapşırığı verir fəhlələrlə istehsalat təlimatı keçir. İş görmək üçün, onların qiymət və vaxt normalarını göstərməklə, naryad verir, yerinə yetirilmiş işləri qəbul edir, həmin işlərə əmək haqqı naryadı doldurur, iş vaxtının; fəhlələrin hasilat normasının, boşdayanmalarının uçot sənədlərini tərtib edir.