Bu ilk dəfə olaraq   Xocalı soyqırımının 32-ci ildönümü Xocalı rayonunda anılmışdır. Azərbaycan Respublikasının Prezidenti  Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalı rayonunda Memorial Kompleksin təməli qoyulmasında iştirak etmiş həm də  erməni vəhşiliklərinə məruz  qalmış Xocalı şahidləri ilə görüşmüş və çıxış etmişdir.

Azərbaycan Prezidenti çıxışında bildirmişdir ki Memorial Kompleks üçün  Bakı şəhərində Xocalı soyqırımına həsr olunmuş abidənin yanında yer ayrılsa də zamanı gözləmişdir. O zaman ki,  Azərbaycan ordusu antiterror əməliyyatında Xocalı, Xankəndi və Əsgəranı terrorçulardan azad etmişdir. Memorial Kompleksin təməlinin Xocalıda qoyulmasını münasib bilmişdir.

32 il bundan qabaq tarixin ən qanlı faciələrindən biri Xocalı soyqırımı baş vermişdir. Həmişə yaddaşlarda qalacaq unudulmayacaq faciələrdəndir.

26 fevral nəinki Xocalılar üçün bütün xalqımız üçün qaysaq bağlayıb çatlarından qan axan ən qanlı faciədir. Hər il Xocalı soyqırımının anım günləri yaxınlaşdıqca o faciəni yaşamış insanların yaraları sızıldayır.

Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar,  ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur;

İllərlə bu faciənin  fotoları videogörüntüləri  beynəlxalq təşkilatların konfranslarında nümayiş etdirilsə də dünyaya” Xocalı soyqırımı “çatırılsa da dünya bu faciə qarşısında susmuşdur.

Xocalı soyqırımı dünyanın çox az dövlətinin gördüyü ,böyük əksəriyyətin görə bilmədiyi Qanlı Faciədir.

Dünya ölkələrinin görüb susduğu bir faciədir. Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran  qüvvələr, çalışırdılar  ki, Xocalı soyqırımı ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.

Azərbaycan hökuməti onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görünür bu ədaləti ancaq biz özümüz bərpa etməliydik. Və etdik də.

İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, Xocalı Xankənd Əsgəran işğal altında qalmışdır.

Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı Xankənd Əsgəran azad olunmadan Qarabağ tam olmazdı.

Beş ay əvvəl antiterror əməliyyatı nəticəsində Xocalı daxil olmaqla  bütün ərazilər azad edildi; 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırıldı.

Tarixi ədalət bərpa edildi.  Günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında cəsur Azərbaycan əsgəri aldı,  qoymadı ki, onların qanı yerdə qalsın.

İlk  köçkün qəsəbəsi Ulu Öndər Heydər Əliyevin iştirakı ilə məhz xocalılılar üçün Ağcakənd qəsəbəsində salınmışdır. Çadır şəhərciklərin sonuncusu 2007-ci ildə ləğv edilmişdi.

İndi isə köçkün anlayışı artıq tamamilə silinib.  Müzəffər Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusu azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağını qaldırıb və ərazi bütövlüyümüzü bərpa edib.

İndi  Qarabağda böyük quruculuq işləri aparılır.  Bu il yeni yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Cari ildə həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək sakinlər öz yurd yuvalarına qayıdacaq.

Bu faciə elə bir faciədir ki üzərindən 30 il də keçsə 300 il də keçsə   tarixdə qalacaq yaddaşımızdan silinməyəcək. Çünki mənfur düşmən qanlı soyqırımı törətmişdir, xocalılıları öz doğma torpağından didərgin salmış, insanlığa sığmayan əməllər törətmişdilər.  Xocalının tarixi adını dəyişdirməyə çalışmışdılar. Azərbaycanlıların evlərinə isə separatçılar və xarici ölkələrdən olan insanlar yerləşdirmişdir. Ermənistan və onun havadarları hesab edirdilər ki, onları heç kim cəzalandırmayacaq. Amma elə olmadı. Tarixin yetişdirdiyi Sərkərdə yetişən zaman düşmənə layiqli unuda bilməyəcəyi cavab verdi.

İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq. Azərbaycan ordusu Ermənistan ordusunu məhv etdi və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdi.

Azərbaycan rəsmi İrəvandan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmayıb və bunu hər kəs  bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir;

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, müqəddəs torpaqlarımız uğrunda canından keçməyə hazırdır.  Qısa müddət ərzində tarixdə qalacaq  “Şuşa əməliyyatı” kimi bir əməliyyatın müəllifidir.

 

Ədibə Abbasova,

Nəsimi rayon Təhsil işçisi