Vətəndaş rayon qeydiyyatıdırsa, onu polisə qeydiyyata salmaq problemin həlli deyil, bu daha böyük problemli insan yaratmaq deməkdir.
Heftelik.az-ın APA-ya sitinadən verdiyi məlumata görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində deputat Fazil Mustafa deyib.
Fazil Mustafa qeyd edib ki, məhkəmə qərarı icra olunmayan bir ölkədə nəyinsə ədalətli həll olunacağına da inam olmayacaq: “Birinci biz bu qanqrenli yaranın müalicəsini təmin etməliyik. Ombudsmanın bu məsələdə imkanlarını genişləndirməliyik. Ombudsman Aparatında məhkəmə qərarları ilə bağlı şöbə yaradıla bilər. Çünki bəzi məhkəmə qərarlarının həlli 2 vur 2-dir. Amma icraçı marağı qarşılanmayana qədər bunu etməkdə maraqlı deyil. Nə qədər belə qərarlar var ki, biz zəng edib məcbur etmişik ki, icra olunsun. Bu problem aradan qaldırılmalıdır”.