Ev tikmə kombinatlarının (və ya onlara bərabər tutulan müəssisələrin) komplektləşdirmə şöbəsinin rəisi avadanlıq, komplektləşdirici məmulatlar və tikinti materialları ilə təchiz olunmaq üçün mal göndərən təşkilatlarla müqavilələr bağlayır və onların icra olunmasına nəzarət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda ev tikmə kombinatlarının (və ya onlara bərabər tutulan müəssisələrin) komplektləşdirmə şöbəsinin rəisi anbar təsərrüfatını təşkil edir, məmulatların və materilların lazımi qaydada qəbulunu və buraxılmasını, onların keyfiyyət və kəmiyyətcə qorunmasına zəmin yaradan qaydada saxlanmasını təmin edir. Vaqonların və avtomobil nəqliyyatının vaxtında boşaldılmasını, vaqonlar üzrə borcların ödənilməsini, gələn məmulatların və materialların çeşidlərə ayrılmasını, yük-nəqliyyat sənədlərinin tərtib edilməsini təmin edir. Anbarda yükvurma-yükboşaltma işlərinin təşkilini və əməyin elmi təşkilini mexanikləşdirmənin, əllə görülən işlərin azaldılmasının tətbiq edilməsinə yönəldilmiş tədbirlərin realizasiyasını təşkil edir. Obyektlərin material-texniki ehtiyatlarla istehsalat-texnoloji komplektləşdirilməsini, texnoloji axın (arasıkəsilməyən) qrafikinə uyğun ehtiyatları anbardan tiklən obyektlərin iş zonasına (yerinə) çatdırır. Kombinat üzzrə ay və həftə-gün mühəndis-komplektləşdirilmə tonlu qrafiklərinin icrasını və komplektləşdirilmə prosesinin operativ nizamlanmasını təşkil edir. Qeyri-seriyalı və qeyri-tipləşdirilmiş detalların, düyünlərin, məmulatların vaxtında hazırlanmasını təmin edir. Kombinatın bütün bölmələrində materialların məsrəf normalarına riayət edilməsinə, onların düzgün saxlanmasına və istifadə edilməsinə nəzarət edir. Kollektiv müqavilənin və fərdi müqavilələrin hazırlanmasında və onların şərtlərinin yerinə yetirilməsində iştirak edir.